Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində çoxmənzilli yaşayış binaları mərkəzləşdirilmiş şəbəkələrə qoşulur, binaların daxili su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
Belə bir deyim var: “Suyun dəyəri quyu quruyunca aydın olar”. Bərdənin Becirəvan kəndinin sakinləri də artıq illərdir ki, bu deyimin acı həqiqətini hər gün hiss edir.
Azərbaycanın aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın 4-dən etibarən Bakı və Tehran arasında koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış uçuşları bərpa edir.
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları Səidə Zeynalova, Gülnar Hacıyeva və elmi işçi Emil Cəbrayılov şöbə müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayılovun rəhbərliyi ilə 4 gün müddətində ezamiyyətdə olublar.
Kaspersky azərbaycanlı internet istifadəçiləri arasında sorğu keçirib*. Araşdırma nəticəsində məlum olub ki, sorğuda iştirak edənlərin 87%-i onlayn fırıldaqçılıqla şəxsən qarşılaşıb; respondentlərin yarıdan çoxu (57%) lotereya uduşu təklifi alıb; 21%-i özünü bank işçisi kimi təqdim edən və şifrə, bank kartı nömrəsi, pin kod, CVV şifrə və ya digər maliyyə məlumatlarını təsdiq etməyi istəyən şəxslərlə ünsiyyətdə olub; sorğu iştirakçılarının 21%-i az tanınan saytlarda “çox cəlbedici endirimlərlə” alış-veriş edərək sonda əliboş qalıb.