!Reklam

Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin qabaqcıl ali məktəbləri ilə əməkdaşlığı inkişaf etdirir. Əməkdaşlıq çərçivəsində Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Prof.Dr. Süleyman Tekelinin rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-nun qonağı olub. Qonaqları salamlayan rektor Vilayət Vəliyev onları qardaş ölkədə görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, AzTU və Qazi Universiteti arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. İki universitet arasında 4 ixtisas üzrə ikili diplom haqqında müqavilənin imzalandığını deyən rektor görülən işlərin tədrisin keyfiyyətinin yüksəldilməsi və yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.