Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Gürcüstan Baş naziri İrakli Kobaxidze martın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 15-i axşamdan hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb, gecə saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağıb.
11 ayın sultanı Ramazan inanclı insanlar üçün özəl bir aydır. Orucun faydaları haqqında artıq sizə məlumat vermişəm, istəyirəm bu yazımda Ramazanda düzgün qidalanma, yəni imsakda (sahurda) və iftarda bizə zərər verməyəcək yeməklər haqqında məlumat verim.
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib və iş üzrə şahidlər dindirilib.