Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvili and içib. Yenicag.az “Xalqın gücü” hərəkatının üzvü olan M.Kavelaşvilinin inaqurasiya mərasimi Tbilisidə, parlament binasında baş […]
Regionlarda sosial məsuliyyət təşəbbüsləri ilə tanınan “Nar”ın “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birgə həyata keçirdiyi Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş layihə sona çatıb. Mobil operator layihənin yekunu olaraq, “Rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının qorunması” mövzusunda genişmiqyaslı debat forum keçirilməsinə dəstək olub. Layihənin məqsədi rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması məsələlərinə diqqət çəkmək və valideynləri bu sahədə maarifləndirməkdir.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2024-cü ildə prioritet istiqamətlərindən biri olan rəqəmsallaşma sahəsində bir sıra uğurlara imza atıb. Rəqəmsal yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir.