!Reklam

25 dekabr 2024-cü il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsinin növbəti görüşü Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbində keçirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş görüşün qonağı balaban ifaçısı, Xalq artisti Əlixan Səmədov olub.

Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsənin təşəbbüsü əsasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Ucar rayonunda şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə dəstək məqsədilə hər il ənənəvi olaraq keçirilən "Həmrəylik" aksiyasına başlanılıb.

Son illərdə estetik prosedurlar arasında ən çox diqqət çəkənlərdən biri də burun dolğusudur. Cərrahiyyə müdaxiləsi olmadan, sadə və effektiv bir şəkildə burunun forması dəyişdirilə bilər. Burun dolğusu, xüsusi maddələr ilə burunun daha estetik bir formaya salınmasını təmin edir və bu, həm kişilər, həm də qadınlar üçün mükəmməl bir seçimdir.