Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.
İdarəetmədə çevikliyin və peşəkarlığın artırılması məqsədilə Azərbaycanda hər il müxtəlif vəzifələr üzrə bir sıra kadr dəyişiklikləri həyata keçirilir. 2023-cü ildə də bir sıra məmurlar Azərbaycan Prezidentinin sərəncamı ilə müxtəlif vəzifələrə təyinat alıblar.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə Rayon Prokurorluğundan daxil olmuş müraciət əsasında rayon ərazisində yerləşən fiziki şəxs İsmayılzadə Tural Hüseyn oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama aparıblar.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov və qoruğun digər əməkdaşları İtaliyanın tarixi Matera şəhərinin mədəni irsinin bərpasının 30 illiyinə həsr olunmuş “Matera 30- fikirlər reallığı formalaşdırır” konfransına qatılıblar.
Havaların soyuduğu, respirator xəstəliklərin çoxaldığı payız ayında orqanizmi vitamin və minerallarla gücləndirmək lazımdır. Bədənin ən çox ehtiyac duyduğu vitamin isə B12 imiş.