!Reklam

Ağsunun kəndələrinin birində 70-ci illərdə doğulanların əksəriyyətinin iki adı var. Səbəbi isə maraqlıdır. Deməli həmin illərdə kənddə icra nümayəndəsi işləyən şəxs daima sərxoş olurmuş. Kimin övladı doğulurdusa təbii ki, şəhadətnamə almaq üçün kənd icra nümayəndəsinə məlumat verirmiş. Daima sərxoş olan bu adam isə uşağa qoyulan adı səhv yazırmış. Ona görə ata-anasının Kamil qoyduğu şəxsin sənəddə adı Mirzəli ola bilirmiş.