Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 103 milyard 495,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9% çox ümumi daxili məhsul istehsal olunub.
Bu barədə “APA-Economics” Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,8 faiz artıb.
ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 10 146,5 manata bərabər olub.
İqlim dəyişikliyinin su qıtlığının gücləndirilməsinə, hava şəraitinin pozulmasına, quraqlıq və daşqınların tezliyinin artırılmasına təsiri nəticəsində davamlı su idarəçiliyinə ehtiyac daha da aktuallaşır.
“İstehlakçılar bilmədilər ki, “Qara cümə” istehlakçıların qara cüməsidir, heç də biznes qurumlarının deyil. Bütün dünyada bu məsələ istehlakçıların beyninə yerləşdirilmiş marketoloqların bir fırıldağı və aldatmasıdır”.
Bərpa olunan enerji mənbələrinin tətbiqinə dair interaktiv seminarAzərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən “İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpa olunan enerji mənbələrinin təşviqi” adlı layihə çərçivəsində keçirilən Bərpa olunan enerji mənbələrinin tətbiqinə dair interaktiv seminar COP29 Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda baş tutub.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8 % […]