“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
Sərfəli qiymətləri ilə tanınan mobil operator “Nar” Azərbaycanda təhsil, informasiya və kommunikasiya texnologiyaları sahəsində irəli sürülən layihələrə dəstək olmaq məqsədilə “NETTY” mükafatı ilə ənənəvi əməkdaşlığını davam etdirir. Bu gündən etibarən, müsabiqədə qeydiyyat netty.az/az/registration səhifəsi üzərindən açıq elan edilir.