Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Ordusunda kadr islahatları davam edir. Belə ki, 3 ordu korpusunun komandirinin sərəncama çıxarılması barədə məlumatlar yayılıb. Onların Mais Bərxudarov, Münasib Babayev, Oruc Abdullayev olduğu qeyd edilib.
“Türkiyənin Zəngəzur dəhlizinin fəaliyyətə keçməsini istəməsi, sadəcə, Türkiyənin mənfəəti üçün deyil. Əksinə, bu dəhlizin fəaliyyətə başlaması Türkiyənin Azərbaycanla birlikdə Türk dünyası ilə əlaqələrinin quru yolu ilə həyata keçirilməsi anlamına gələcək”.
“Azerconnect Group” Bakıda ilk dəfə keçirilən İqlim Fəaliyyəti Həftəsiçərçivəsində “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda təşkil edilən tədbirdə iştirak edib. Dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələri, həmçinin diplomatlar və ekspertlərin bir araya gəldiyi dəyirmi masada iqlim dəyişikliyinə qarşı mübarizədə karbon emissiyalarının azaldılması və bazar mexanizmlərinin rolu müzakirə edilib.
“Azarkeş pul verib, stadiona gedəndə ən azı keyfiyyətli oyun, mübarizə istəyir. Onu da “Qarabağ”da görür. Amma azərbaycanlı azarkeş uzun illərdir ki, yığmanın biabırçı məğlubiyyətlərinə şahidlik edir”.
Mərdəkən qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yolunadək fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhic bağlarına qədər uzadılıb.
Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 14/16 ünvanında fəaliyyət göstərən “The Crown” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, həmçinin aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər aşkarlanıb.
Ölkənin birinci bankı “Kapital Bank”ın depozit yerləşdirən müştərilər üçün həyata keçiridyi stimullaşdırıcı “Depozit lotereyası”nın ilk tirajı yekunlaşıb. Yenicag.az xəbər verir […]
Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasında ayrıca görüş planlaşdırılmır.