Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, 15 iyulda Bakıda və Abşeron yarımadasında havanın […]
Pakistan Ermənistan qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədinə törətdiyi hücumu qətiyyətlə pisləyir.
“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.
Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.
“Ermənistan rəhbərliyi onların hərəkətlərinin cəzasız qalacağını düşünməməlidir!”. Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi […]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupova, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barrona, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya müraciətlər ünvanlayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamına əsasən, Saray qəsəbəsinin Heydər Əliyev prospektini əsaslı şəkildə təmir edib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması və koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 13-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə statistikanı açıqlayıb.