!Reklam

Fransa Senatının qəbul etdiyi əsassız və qərəzli qətnamə bir daha onu göstərdi ki, bir çox qüvvələr şəxsi siyasi divident və məqsədi üçün bu tip ağılasığılmaz və beynəlxalq hüquqa zidd addımlar atmağa məcbur edir. Heç kəs üçün sirr deyil ki, erməni diasporunun fəal olduğu ölkədə çox sayda soyadını dəyişmiş ermənilər yaşayaraq yüksək vəzifələrdə də yer alırlar və müəyyən nüfuza malikdirlər, təəssüf ki, Fransa hökuməti onların eynəyini taxıb dünyaya onların gözü ilə baxmağa üstünlük verirlər. Düşünürəm ki, bu heç bir qüvvəsi olmayan qətnamə Fransa cəmiyyətinin maraqlarını ifadə etmir və heç bir prosesə təsir etmək imkanına da malik deyil.

Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.