Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Sosial təminat sisteminin mühüm komponenti olan pensiya təminatının gücləndirilməsi tədbirləri 2022-ci ildə də davam edib. Bu ilin yanvar-oktyabr aylarında pensiyaların ödənişinə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 270 mln. manat çox olmaqla 4 mlrd. 114 mln. manat vəsait yönəldilib.
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində "V-VVV" MMC-yə nəm salfet istehsalı üçün 200 min manat güzəştli kredit ayırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul edib.
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Jurnalist Qadınlar Assosiasiyasının “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin davamı olaraq növbəti “Dəyirmi masa” keçirilib.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində noyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycanda genderə həssas məktəblərin təşviqi: Gender yönümlü pedaqogika” mövzusunda təşkil edilmiş dəyirmi masada gender yönümlü pedaqogika üzrə hazırlanmış təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıb.
Qazaxıstan siyasi quruluşun yeni formasına keçir, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq. Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstanın […]