!Reklam

Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsində (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb.

Jurnalist cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, ictimai rəyi düzgün istiqamətləndirmək missiyasını heç zaman unutmamalı, soyuq davranaraq hər hansı kənar təsirə məruz qalmamalı, səsləndirdiyi fikirlərin insanlar tərəfindən birmənalı qarşılanmamaq riskini nəzərə almalıdır. Bu mənada jurnalist Fərdin İsazadənin “NoyanTapan” adlı erməni "YouTube" kanalında yayımlanmış “Yumşaq güc” verilişində Azərbaycanın Novruz adətlərinin qeyri-insani tərzdə təqdimatına cavab mahiyyəti daşıyan satirik video hazırlayıb yayması da yolverilməzdir.