!Reklam

Prezident İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Bağlar Sukanal İdarəsinin xidməti ərazisində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.

Şəkidə qatar yük maşınını vurub. Hadisə səhər saatıarında Yevlax-Balakən dəmiryol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan qatarın yoluna çıxan Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi “Qazel” markalı yük maşını qəzaya səbəb olub.

Türkiyə Respublikasının Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul edib.