!Reklam

Yanvarın 31-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, səfirlik əməkdaşının qətlə yetirilməsi ilə bağlı öz başsağlığını ifadə edib.

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Qəbələ və İsmayıllı rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar edilib.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub. Bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib.