!Reklam

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Nic qəsəbəsində, Oğuz rayonunun Tayıflı, Şəki rayonunun Baş Şabalıd, Qax rayonunun Şotavar, Göygöl rayonunun Zurnabad kəndlərində yerləşən vətəndaşların pay torpaqlarında və həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 18  kömür quyusu aşkar edilib. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Qazax-Bakı, Bakı-Ağcabədi-Bakı, Bakı-Biləsuvar-Bakı, Bakı-Quba-Bakı, Bakı-Qusar-Bakı və Bakı-Xudat-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.