!Reklam

Hər kəsin müəyyən arzular və ümidlərlə gözlədiyi Yeni il gəlir. Üstəlik, bu il xəstəliklərlə mübarizə apardığımız son 2 ildən fərqlidir. COVID-19 pandemiyasının yayılmasından sonra ilk dəfədir ki, Yeni ili məhdudiyyətlər olmadan qarşılayırıq. Deyirlər, “təzə ili necə qarşılasan, elə də keçirəcəksən”. Bu baxımdan insanların əksər hissəsi bayramı öz evində, bir qismi xaricdə, digərləri isə restoranlarda keçirməyə üstünlük verir. İli bölgələrdə hotellərdə qarşılayanlar da az deyil.