!Reklam

Dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçuları Axundov Rza Yusif oğlu, Şirinov Murad İsa oğlu və İbişli Qabil Ədalət oğlunun hərbi tibb müəssisələrində həkimlərin nəzarəti altında müalicələri davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə təşkil etdiyi növbəti hərracda Bakının Qaradağ rayonunda yerləşən “Gülbaxt” və “Vulkan” əhəngdaşı yataqlarının müvafiq olaraq 3,9 hektar və 9,6 hektar sahəsi istifadəyə verilib.