!Reklam

2015-ci il Azərbaycanda böyük devalvasiya ili kimi yadda qaldı. Manat ilin əvvəli ilə müqayisədə iki mərhələdə 99% devalvasiyaya uğradı. Milli valyutamız dollar qarşısında 34% dəyərdən düşdü. Dolların məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə dəyişdi. 10 ay sonra təzyiqlərə tab gətirməyən manat ikinci dəfə ucuzlaşmaya məruz qaldı.

Mərkəzi Bank tərəfindən Azərbaycanda idmanın inkişafında və müasir gəncliyin formalaşmasında müstəsna rola malik olan Azərbaycanın Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə tədavülə nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı buraxıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.