Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Musa Quliyev, Jalə Əhmədova, Ramin Məmmədov, Elşad Mirbəşir oğlu Serbiyanın paytaxtı Belqrad şəhərində səfərdə olacaqlar.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində nazirliyin daxili nəzarət şöbəsinin keçmiş müdiri Nizami Xanlarov ifadə verib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən 34 ticarət və 5 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı 24-də nöqsanlar müəyyən edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu gün maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (IMF) Qazaxıstanda yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağıstanın görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Maqomedali Maqomedovun doğmalarına və yaxınlarına başsağlığı verib.