Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Avropa Komissiyası Böyük Britaniyanın “Brexit” sonrası azad hərəkət hüquqlarının təmin edilməsindəki çatışmazlıqlarına görə Avropa İttifaqı Məhkəməsinə müraciət edib.
ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı Vaşinqtonun mümkün addımlarına dair Azərbaycan mediasının sualına cavab verməyib, sadəcə, bu ölkənin işğaldan azad edilmiş ərazilərimizdə hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. Bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib.
Tbilisidə növbəti etiraz aksiyası başlayıb. Yenicag.az “RİA”ya istinadən xəbər verir ki, etirazçılar yenidən ölkə parlamentinin qarşısına toplaşıblar. Onlar Rustavelli prospektini […]
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Cari ilin 11 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərindən 420 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 12,5 milyon manat güzəştli kredit ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-noyabr aylarında 34 milyondan çox müraciət edilib.
Vətən müharibəsi iştirakçısı, qazi Haxoy Hacıyev avtomobil qəzasında həlak olub. Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Göygöl rayonunun Çaykənd kəndi […]