Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bu gün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 23-də Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.
"Şuşa İli" çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşkilatçılığı, İrs Mətbuat Evi və Paşa Həyat Sığorta ASC-nin dəstəyi ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında kitab təqdimatı və konfrans keçirilib.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Cənubi Qafqazı sülh və rifah məkanına çevirmək təşəbbüsünə sadiqdir. Azərbaycan Prezidentinin beynəlxalq hüququn normalarına söykənən beş təməl prinsipi əsasında Ermənistana təklif etdiyi sülh sazişi də elə bu niyyətdən irəli gəlir. Dövlətimizin başçısı noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən qonaqların diqqətinə məxsusi olaraq bunları çatdırdı: “Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən biz olmuşuq. Bu, dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə sülh təklif etsin”.
Lakin müharibədən ötən dövr aydın şəkildə göstərir ki, Ermənistan müxtəlif bəhanələrlə sülh prosesini yubatmağa çalışır. Onun sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə törətdiyi təxribatlar da, atəşkəsin bilərəkdən pozulması da, Ermənistan rəhbərliyinin dünən dediyindən səhəri gün imtina etməsi də yalnız bu məqsədi güdür.