!Reklam

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, deputatlar Tural Gəncəliyev, Əminə Ağazadə və Nizami Səfərov ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün noyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərinə səfər edəcəklər.

Noyabrın 22-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ikiillik fəaliyyətinin yekunlarına həsr olunan iclas keçirilib, əhalinin azad edilmiş ərazilərə qayıdışı müzakirə edilib.