Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Noyabrın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq qurumlar noyabrın 16-da Sumqayıt şəhərində iki azyaşlının ölümü ilə bağlı araşdırma aparılıb. Nəticədə ölümə səbəb ola biləcək hallar arasında qida faktorunun olmadığı təsdiqlənib.
Mingəçevir şəhərində ümumi sahəsi 2544 m² (hər mərtəbəsi 848 m²) olan üçmərtəbəli müxtəlif təyinatlı binanın (1-ci mərtəbəsi market kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 1 ədəd qoruyucu açar və 1 p.m kabel yanıb.
Qətərdə noyabrın 20-dən dekabrın 18-dək davam edəcək futbol üzrə 22-ci dünya çempionatının oyunlarını eksklüziv olaraq İctimai TV və Radionun efirindən canlı izləmək mümkün olacaq.