!Reklam

Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Azərbaycan bu gün həm Avropa, həm də Asiya üçün vacib qüvvəyə çevrilib. Ölkəmizi güclü və etibarlı tərəfdaş qismində görən dünya siyasətinin qabaqcıl və nüfuzlu simaları dövlətimizin lideri cənab İlham Əliyevə olan simpatiyalarını da dilə gətirirlər. Ölkəmizin siyasi reytinqinin yüksəlməsi, mövqelərinin güclənməsi həm Qərb, həm də Şərq tərəfindən etiraf edilir.