Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər […]
Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 7-9-da Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak edib.
Nərimanov və Suraxanı rayonlarında qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Abşeron rayonunda “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttinin quraşdırılması, eləcə də Balakən rayonu ərazisində qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi və “Tərtər” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə 11.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması nəzərdə tutulur.
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tarıverdi Zaur oğlu Cəfərlinin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.
"Türkiyə və Azərbaycan liderlərinin son telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi, ardınca da Azərbaycan Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı bəyanatı baş verənlərin məmləkətimizlə də əlaqəsinin olduğunu göstərir".
Türkiyədə hazırda yayımlanan “Siyah kalp” serialının çəkiliş meydançasında aktyorlar arasında dava düşüb. Yenicag.az Serialda “Səməd” obrazına həyat verən Burak Sergen […]