Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Sentyabrın 7-nə olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki və Lənkəran-Astara zonasında intensiv və güclü olub.
Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 78 ünvanında “Hidayət-H” MTK tərəfindən tikilmiş, “Xətai 17” MMC-yə məxsus çoxmərtəbəli binanın lifti qırılaraq şaxtaya düşüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm və onun azərbaycanlı xanımı Suada Hacızadədən müsahibə alıb.
Sentyabr ayının 4-də saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən […]
Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.