Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Rusiya yığması ilə növbəti yoldaşlıq oyununu keçirib. Yenicag.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu […]
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə dekabrın 2-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres işə başlayıb. Əvvəlcə konqres iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Nizami rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun İ. Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar […]
Dekabrın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno ilə görüşüb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 281 ünvanında fəaliyyət göstərən Şahbazova Təranə Xubalı qızına məxsus kafedə plandankənar yoxlama aparıblar.
Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanıb.
Fransanın Baş naziri Mişel Barnier bazar ertəsi günü ifrat sağçı Milli Ralli partiyasının lideri Marine Le Penə daha bir böyük güzəştə gedərək, 2025-ci il büdcə qanun layihəsini irəli sürmək məqsədilə dərman kompensasiyasında planlaşdırılan son dəqiqə kəsintisindən imtina edib.