!Reklam

Martın 2-də biz Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olmasının 30 illiyini qeyd etdik. 1992-ci ilin 2 mart tarixində BMT Baş Assambleyası Nyu-Yorkda keçirilən 46-cı sessiyasının 82-ci plenar iclasında qəbul etdiyi 46/230 saylı qətnamə ilə Azərbaycanı və digər səkkiz keçmiş sovet respublikasını BMT-yə yeni üzv kimi qəbul edib. BMT-yə üzv olduqdan sonra Azərbaycan dayanıqlı inkişafa dair müştərək işə öz töhfəsini verməklə bərabər, BMT Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə uyğun olaraq hərtərəfli və geniş əhatəli gündəlikdə fəal iştirakını davam etdirib. Bu səylər qlobal səviyyədə də tanınıb və qəbul olunub – 155 üzv dövlət Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə səs verilib.