!Reklam

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə AzTV-yə müsahibə verib. Düşünürəm ki, hər bir ölkənin müdafiə nazirinin verdiyi geniş müsahibə müzakirə mövzusuna çevrilir və çevrilməlidir. Azərbaycanda, nədənsə, belə müzakirələr açılan kimi dərhal biriləri ortaya çıxır, tənqid edənləri topa tutur. Müxtəlif arqumentləri də var. Misal üçün, müdafiə nazirini tənqid etmək üçün, gərək, mütləq general, ya da hərb elmi üzrə akademik olasan. Bu tip adamların düşüncəsinə görə, Lenini tənqid etmək üçün SSRİ qurmalıyıq...

“The Economic Times” nəşri yazır ki, yanvar-iyun aylarında Hindistan Rusiyadan neft alışını 50 dəfə artırıb. Ukrayna müharibəsinə qədər Hindistan ümumi istehlak etdiyi neftin cəmi 0,2%-ni Rusiyadan alırdısa, indi 11%-ə yaxınını Rusiyadan alır, Çin isə Rusiyadan neft alışını 56% artırıb. Nəticədə neft və benzin qiymətləri ilə bağlı problem Qərbdə, Avropa və ABŞ-də yaşanır.