!Reklam

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər. Buna səbəb isə ali məktəblərin təhsil proqramlarının nəzəri biliklər əsaslı olması və tələbələrini lazımi peşə bacarıqları ilə silahlandırmaması, proqramlar hazırlanarkən beynəlxalq və yerli kvalifikasiyaların tələblərinin nəzərə alınmamasıdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi əsas xidmətlərindən biri də bugünkü güclü ordumuzun memarı olmasıdır. Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər illər keçsə də, öz əhəmiyyətini itirmədi, əksinə bu xidmətlər ordumuzun hazırki möhkəmliyinin təməli oldu, onu daha da inkişaf etdirib yüksək səviyyəyə çatdırdı. Bugünkü güclü ordumuzun təməli lap əvvəlki illərə dayanır. Tarix boyu ordumuzun lazımi gücə çatması üçün çox səy göstərilib, əmək verilib. Keçmiş tariximizə bir nəzər salaq. 26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addımlar atıldı. 1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib.