!Reklam

“Xəzər Media Mərkəzi” və "British Council" (Britaniya Şurası Təşkilatı) arasında əməkdaşlıq genişləndirilir. Bununla bağlı bu gün “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşovla Britaniya Şurası Təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və Mədəniyyət üzrə meneceri Dilarə İbrahimova arasında müzakirələr aparılıb. Müzakirələr zamanı gələcək əməkdaşlıqların istiqamətləri də müəyyənləşdirilib.

"TuranBank" və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində yeni kredit sazişi imzalanıb. Cəlb olunan vəsaitlər TuranBank-a Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.