!Reklam

Ölkənin pərakəndə sektorunda geniş şəkildə təmsil olunan "Veysəloğlu" Şirkətlər Qrupu Naxçıvan Muxtar Respublikasında da silsilə market açılışlarını davam etdirir. Yaradılmasının 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu artıq Naxçıvan ərazisində 3 “Araz” və 8 “OBA” marketini açıb. Bununla da “OBA” marketlər şəbəkəsi özünün sayca 1500-cü marketini Naxçıvanda açmış oldu.