!Reklam

“Bloomberg” agentliyinin proqnozuna görə, Qərbin sanksiyalarının güclənməsi fonunda Rusiya iqtisadiyyatında son 30 ildə ən dərin eniş olacaq. Mənbələr qeyd edib ki, 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulunun 12 faiz azalacağı gözlənilir. Rusiya Maliyyə Nazirliyi isə bildirib ki, "Bloomberg"in 12 faizlik iqtisadi geriləmə proqnozu barədə yaydığı məlumat həqiqətə uyğun deyil. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da öz proqnozunda 2022-ci ildə Rusiya iqtisadiyyatının 10 faiz kiçilə biləcəyini qeyd edib.