!Reklam

Son günlər maskadan istifadə qaydalarının pozulmasına görə vətəndaşlara tətbiq edilmiş inzibati cərimələrin ləğvi zərurəti ilə bağlı fikirlər artmaqdadır. Bu cərimələrin sosial vəziyyəti aşağı olan vətəndaşlar üçün əlavə yük olduğu və ləğvinin vacibliyi qeyd edilir. Hətta bəzi vətəndaşların Cinayət Məcəlləsinin 139-1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi halları da var.

30 aprel tarixində səhər saatlarından etibarən "Davam" Gənclər Hərəkatı tərəfindən sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətini Oxçuçayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsi məsələsinə çəkmək və təxirəsalınmaz addımların atılmasını tələb etmək məqsədi ilə beynəlxalq sosial media kampaniyasına start verilib. "Oxçuçay üçün hərəkətə keç" devizi altında baş tutan kampaniyada əvvəlcədən formalaşdırılmış və hər biri 30 gəncdən ibarət 10 qrup iştirak edib. 

“Məşhur fransız modelyer Koko Şanelin gözəl bir deyimi var: “Gözəlliyin qayğısına qalarkən, ilk növbədə, qəlbdən və ruhdan başlamaq lazımdır, əks təqdirdə heç bir kosmetika çarə etməz”. Gözəl o qadındır ki, yaşlandıqca ruhunun gözəlliyi üzündə bərq vurur. Nə yaxşı ki çirkinləşmədik, əksinə… Mənə görə, yaşın artması qorxulu deyil, ruhun qocalması qorxuludur”.