!Reklam

ABŞ Mərkəzi Bankının sədri Cerom Pauellin ötən 40 ilin maksimumuna çatan inflyasiya göstəricisi ilə mübarizə məqsədilə 1990-cı ildən bəri müşahidə olunan ən sərt faiz artımına hazırlaşdığı bildirilib. Ötən gün isə ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 - 1%-ə çatdırıb.