Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.
Yanvarın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Ərhan Afyonçunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
2023-cü ildə Azərbaycanda əhalinin icbari tibbi sığortalanması üzrə dövlət öhdəliklərinin qarşılanması üçün dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fondunun büdcəsinə 1 milyard 263,8 milyon manat vəsait yönəldilib.
Milli Məclisin Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
2023-cü ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 822,9 milyon manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2,3 % çoxdur.