!Reklam

44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin və digər qurumların adı döyüş əmrinə düşmüş şəxsi heyətinə veteranlıq statusu verilir. Əldə etdiyimiz məlumata görə, cəbhə bölgəsindəki rayonların icra və digər qurumlarında işləyən və müharibə zamanı xidmətləri olan şəxslərə də veteranlıq statusu veriləcək.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz, Xızı, Salyan, Neftçala, Lənkəran, Astara rayonlarının akvatoriyasında, Şəmkir su anbarında və “Cənub” kollektorunda balıq ovlayan şəxslər saxlanılıb.

44 günlük müharibə ilə bağlı niyə ədəbi nümunələr yazılmır, niyə filmlər çəkilmir deyə müxtəlif çaplı suallar ünvanlanır. Qeyri-ciddi ittihamlar, iradlar, boşboğazlıq. Əslində, sadalananlar dəqiq ünvanına yönəlsəydi, heç bir problem olmazdı. Ancaq "çapsız" adamların kitab çapının hansı qiymətə olduğundan xəbəri yoxdur. Ümumiyyətlə, bəzi adamlar "çapı" qədər danışsa, daha yaxşı olardı.