!Reklam

Ötən həftənin şənbə günü Gədəbəy rayonunun Çanaqçı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşmüş, Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və "Şücaətə görə" medalları ilə təltif olunmuş, 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu ad günündə özünü asaraq intihar edib. Ümumilikdə, İkinci Qarabağ Müharibəsindən sonra Vətən müharibəsi iştirakçılarının intihar və ya intihara cəhd halları artıb.

Yazı icad olunandan insanlığın qeydlər aparmağa başladığı hamımıza məlumdur. Keçmiş hərfi mənbələrin əsasən, bir antik dövlətin digərinə hücumu və ya digərinin özünü qəhrəmancasına müdafiəsini əks etdirməsi ilə başladığını unutmayaq. Bəzən isə bu iki amildən hansının digərinə daha çox təkan verdiyi sualları bizi düşündürür. Müharibələrmi yazının yaranmasına yoxsa əslində təhrif olunmuş yazılarmı yeni savaşların çıxmasına səbəb olmuşdur?

Bakı Dövlət Universiteti Türkologiya kafedrasının öndə gedən isimlərindən olan Qızılgül xanım Abdullayeva Azərbaycan dilçilik elminin inkişafında öz dəsti-xətti ilə seçilən əsl alim, şərəfli ömür yolu keçən müəllim müəllim və ciddi ziyalıdır. 70 ilin zirvəsinə yüksələn alim ömrünün təxminən əlli ilini Azərbaycan dilçilik elminə və pedaqoji fəaliyyətə həsr etmişdir. Qızılgül xanım sözün əsl mənasında yaxşı alim olmaqla yanaşı, həm də yaxşı pedaqoqdur. Bakı Dövlət Universitetində təhsil aldığımız illərdə dərin bilgisini tələbədən əsirgəməyən, tələbələrinə xüsusi qayğı ilə yanaşan, zəhmindən çəkindiyimiz qədər, həm də böyük hörmət bəslədiyimiz Qızılgül xanımın dərslərini həmişə səbirsizliklə gözləyər, onun mühazirələrini xüsusi zövq və diqqətlə dinləyərdik.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Samux rayonu, Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən, fiziki şəxs Abbasov Mətləb Fazil oğluna məxsus şadlıq sarayında keçirdiyi monitorinq zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, saxta yollarla hazırlanmış “Organic Line” nişanlı alkoqollu içkilər aşkarlayıb.

Bir neçə gün öncə paytaxtdakı gecə klublarının birində baş verən partlayış müəyyən problemləri, o cümlədən təhlükəsizliklə bağlı məsələni yenidən aktuallaşdırıb. Məlumdur ki, ictimai iaşə müəssisələrində qaz təchizatı ilə bağlı qaz balonlarından istifadə olunması qadağandır. Lakin son hadisə göstərir ki, bu qadağaya əməl etməyənlər də var.