!Reklam

Azərbaycanda ailə cəmiyyətin özəyi sayılır və ona görə də bu institut dövlət səviyyəsində qəbul olunmuş qanunlar əsasında qorunur. Qeyd etmək yerinə düşər ki, illər öncə qadının cəmiyyətdəki yeri məhz "ailə" çərçivəsi ilə məhdudlaşırdı. Lakin XX əsrin əvvəllərində cəhalət və nadanlıq içərisində çabalayan cəmiyyətin tədricən bu bataqlıqdan çıxması və inkişaf prosesinə keçidi başladı.