!Reklam

Sorğu keçirilsə ki, hansı nailiyyət müstəqil Azərbaycan tarixinin ən möhtəşəm uğuru hesab oluna bilər, heç şübhəsiz, birmənalı cavab torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə bağlı olar. Tarixi dəqiqləşdirmə aparsaq onu da görərik ki, bu nəhəng Qələbə təkcə müstəqillik dövrümüzün deyil, son iki əsri də aşan zaman kəsiyində ən böyük Zəfərimizdir. Çünki bu Qələbə milli ləyaqət, milli qürur hissimizi xilas edərək onun həqiqi ucalığını təmin etdi. Bütün dünyaya sübut olundu ki, xalqımızın Vətən uğrunda hər cür fədakarlığa hazır olması ilə bağlı himnimizdə yer alan misralar Azərbaycan üçün şüar deyil! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.