Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Beynəlxalq Dəniz Təşkilatının 2018-ci ildə qəbul etdiyi və 2023-cü ildə yenidən baxdığı “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılmasına dair Strategiya”sına uyğun olaraq beynəlxalq gəmiçilik fəaliyyəti nəticəsində havaya atılan tullantıların illik miqdarını 2030-cu ilədək 20% azaltmaq və 30% üçün çalışmaq, 2040-cı ilədək 70% azaltmaq və 80% üçün çalışmaq, 2050-ci ilə 0 emissiya səviyyəsinə çatmaq hədəf olaraq müəyyən edilib.
İsveçdə dəmir dövrünə aid məzar tapılıb. Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, Prisqardendə tapılan antik qəbiristanlıqdan eramızdan əvvəl 500-cü illə […]
Azərbaycan Güləş Federasiyası (AGF) ölkədə güləşin inkişafını sürətləndirmək və bu sahədə keyfiyyəti artırmaq məqsədilə güləş məşqçiləri üçün ümumrespublika seminarı keçiriləcək.
Noyabrın 2-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş dələduzluq, rüşvət vermə, sənədləri saxtalaşdırma və qanunsuz miqrasiyanı təşkil edərək (AR Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri) bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilmiş Allahverdi Məmmədovun yeri Almaniya Federativ Respublikasında müəyyən olunaraq, həbs edilib.
Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə keçirilib.