Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Qlobal sistemin Cənubi Qafqazda təmin edə bilmədiyi ədalət və təhlükəsizlik qəhrəman Azərbaycan Ordusunun qəti qələbəsi nəticəsində əldə olundu. Bununla da regionda qanayan yara bağlandı. Sülh, əmin-amanlıq, sabitlik və firavanlıq dövrünün qapıları açıldı. Regionda davamlı sülhü təmin etmək, inkişafa başlamaq və əlaqələri artırmaq üçün tarixi fürsət yaranıb. Bu fürsətdən səmərəli istifadə etmək bizim borcumuzdur.
Birləşmiş Kerallıqda işgüzar səfərdə olan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou, Xarici İşlər, Birlik və İnkişaf naziri Stiven Douti, Böyük Britaniya parlamentinin üzvləri və digər yüksək vəzifəli şəxslərlə görüşüb.
Türkiyənin hər bir nailiyyətinə Azərbaycanda bizlər olduqca sevinir və fəxr hissi keçiririk. Bu da təbiidir. Bu reallıq məhz ortaq tarix, köklər, milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsini əks etdirir. Müasir Azərbaycan-Türkiyə münasibətləri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının parlaq təcəssümüdür. Bu münasibətləri səciyyələndirən ən böyük xüsusiyyət ölkələrimizin və xalqlarımızın həm sevincli, həm də kədərli günlərdə bir yerdə olması, bütün məsələlərdə bir-birini qeyd-şərtsiz və tərəddüdsüz dəstəkləməsidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyi müşahidə olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə […]