Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Cəlilabad rayonu Uzuntəpə kənd sakini 1997-ci il təvəllüdlü Mirzəxan Gəncəliyevin yanvarın 22-də almış olduğu xəsarətlər nəticəsində yanvarın 27-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yanvarın 17-də paytaxtın Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyasının ərazisində bir nəfər 70 yaşlı Həmid Ağayevə yaxınlaşıb onun baş nahiyəsinə daş parçası ilə vuraraq yerə yıxıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında ABŞ-nin Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə münasibətlərin tamamilə kəsiləcəyini bildirib.