!Reklam

Yanvarın 24-də AŞPA Monitorinq Komitəsində Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməsi məsələsinə baxılıb və Almaniyadan olan deputat Frank Şvabenin məruzəsi dəstəklənib. Beləliklə, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti 2025-ci ilin yanvar ayına qədər məhdudlaşdırılıb. Növbəti 1 il ərzində azərbaycanlı deputatlar AŞPA-nın fəaliyyətindən kənarlaşdırılıb.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən, Qarabağda separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.