MN: "Erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat yalandır"
Son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən atəşkəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayırlar.