Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Ötən gün saat 18:40 radələrində 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov) küçəsi istiqamətində hərəkət edən 85 saylı marşrut xətti üzrə hərəkət edən 99 JS 787 dövlət qeydiyyat nişanlı "İsuzu Citiport" markalı avtobusda sərnişinlərdən biri tərəfindən insident törədilib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) əməkdaşları yeni elmi uğura imza atıblar. Belə ki, mərkəzin Tut ipək qurdunun seleksiyası şöbəsinin elmi işçisi, AMEA-nın Zoologiya İnstitutunun dissertantı Zərintac Şükürovanın yerinə yetirdiyi dissertasiya işi üzrə əldə etdiyi ilkin nəticə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli qərarı ilə “Vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu” ixtirası kimi qiymətləndirilib və buna dair məlumatların Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc olunması haqqında ekspertiza rəyi verilib.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub .
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.
Əsasən futbol mövzusundakı karikaturaları ilə tanınan Omar Momani AVRO-2020 çərçivəsində Türkiyə seçməsinin Bakıda keçirəcəyi oyunlarla bağlı karikatura çəkib. Yenicag.az xəbər […]
“Mayın 25-də Xaçmazın Fərzəlioba kəndi ərazisində xüsusi mülkiyyətdə olan ərazidə kütləvi şəkildə meşə ağaclarının kəsilməsi qeydə alınıb. İlkin olaraq ziyan hesablanıb. Bunu həyata keçirən “Qərb Ekol” şirkətinə qarşı 7 min manat cərimə tətbiq olunub”.
Futbol üzrə Avropa Çempionatının başlanmasına qısa müddət qaldığı bir vaxtda İtaliya hökuməti “Şengen” bölgəsindən kənardakı dövlətlərdən ölkəyə girişi bağlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Gülməmmədli kəndində 3 nəfərin ehtiyatsızlıqdan İncəçay su anbarına düşməsi barədə məlumat daxil olub.