!Reklam

"Bakı Metropoliteni" QSC 2020-ci ildə plan üzrə 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma insanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 709 237 sərnişin daşınıb. Bu nəzərdə tutulandan 153 290 763 nəfər və yaxud 67,2% azdır.

Tarif Şurasının qərarı ilə yanvarın 5-dən etibarən Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin qiymətində edilmiş dəyişikliklə bağlı Yenicag.az-ın əməkdaşına açıqlama verən Milli Məclisin deputatı Nurlan Həsənov daha sonra saytımıza dediklərini danaraq "Yeni Çağ" Media Qrupunu onun sözlərini təhrif etməklə suçlayıb.