!Reklam

Mingəçevir şəhəri, Gəncə şosesində aztəminatlı ailələr üçün inşa edilmiş binaların qazlaşdırılması ilə bağlı yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, həmçinin “Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Mingəçevir 1 xətt” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan qidalanan orta təzyiqli qaz xəttindən və “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 28.12.2023-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.